UNEC XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində təmsil olunub

UNEC XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində təmsil olunub Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) XIII Azərbaycan Beynəlxalq Təhsil sərgisində təmsil olunub.
Stenddə ziyarətçilərin universitetdəki bakalavr və magistr təhsili üzrə ixtisaslar, ABŞ-ın və Avropanın aparıcı universitetləri ilə ikili diplom, mübadilə, eləcə də xüsusi təqaüd proqramları barədə sualları cavablandırılıb. UNEC-də dizayn ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət rəsmlər, həmçinin tələbə dizaynerlərin rəsmdə çəkdikləri libasları canlı olaraq nümayiş etdirmələri xüsusi marağa səbəb olub.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər