UNEC magistri ABŞ-ın Linkoln Universitetinin ikili diplom proqramında iştirak edir

UNEC magistri ABŞ-ın Linkoln Universitetinin ikili diplom proqramında iştirak edir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA proqramı üzrə magistri ABŞ-ın Linkoln universitetində ikili diplom proqramında iştirak edir.
Biznes Məktəbində layihələrin idarə edilməsi ixtisası üzrə ingilis dilində magistr təhsili alan Aygül Məmmədli UNEC ilə Linkoln Universitetinin ikili diplom proqramı çərçivəsində təhsilini 2 il müddətində ABŞ-da davam etdirəcək.
Hazırda San-Fransisko şəhərində olan A.Məmmədli Linkoln Universitetində maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alacaq. O, təhsil almaqla yanaşı, ABŞ-da işləmək hüququ da əldə edib.
A.Məmmədli universiteti bitirdikdə UNEC-in və Linkoln Universitetinin diplomunu qazanmış olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər