Vyetnamda yük maşını uçurumdan aşıb, ölən və yaralılar var

Vyetnamda yük maşını uçurumdan aşıb, ölən və yaralılar var Vyetnamın mərkəzində yüksək dağlıq Gia Lai əyalətində yük maşınının uçurumdan aşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
Qəza yerli vaxtla təxminən gecə saat 2-də baş verib. Çipslə yüklənmiş 16 tonluq avtomobil Dak Doa rayonunda qayalığın kənarından yuvarlanaraq dərəyə aşıb.
Məlumata görə, yaralılardan biri xəstəxanadan evə buraxılıb, ikisinin müalicəsi davam edir. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılırdı.
Ölkənin Baş Statistika İdarəsinin məlumatına görə, 2021-ci ildə Vyetnamda ümumilikdə 11 454 yol-nəqliyyat hadisəsi baş verib, 5700-dən çox insan həlak olub, 8000-ə yaxın insan yaralanıb.

Tehsil-press.az


Oxşar xəbərlər