Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti silsilə təlimlərə start verib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti silsilə təlimlərə start verib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) yeni silsilə təlimlərə start verib.
ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva universitet məlumat bazaları, elmi müəssisə, elmi jurnal, müəllif və məqalələrin indeksləşməsi və sair kimi mövzularda iştirakçılara daha geniş bilgilər vermək məqsədilə təlimlərə başlanıldığını qeyd edib. Bildirib ki, təlim silsilə xarakteri daşıyır və yaxın gələcəkdə daha geniş mövzularda davam etdiriləcək.
Tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi “İndeksləşən məlumat bazaları və elmi məqalələrə qoyulan tələblər” mövzusunda çıxış edib. O, təlim iştirakçılarına indeksləşən və arxivləşən məlumat bazaları, ödənişli və ödənişsiz məlumat bazaları, elmi müəssisə, elmi jurnal, müəllif və məqalələrin indeksləşməsi haqqında danışıb. Metriks ölçülər və reytinqlərin hesablanması, akademik profillərin yaradılması, elmi məqalələrin formatı barədə geniş məlumat verib.

Tehsil-press.az


Oxşar xəbərlər