Mədəniyyət və İncəsənət Universiteti 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsinə start verib

Mədəniyyət və İncəsənət Universiteti 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsinə start verib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən ali məktəbin 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsinə start verilib.
Layihədə iştirak etmək istəyən ADMİU məzunları tələbəlik illərinə dair arxiv şəkillərini, oxuduqları il və ixtisası, eyni zamanda, hazırda işlədikləri yeri və vəzifələrini [email protected] ünvanına göndərə bilərlər.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın ilk incəsənətyönümlü ali təhsil ocağı olan ADMİU-nun 100 illik yubileyi qeyd olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər