AMEA-nın Folklor İnstitutunun elmi şurasının növbəti iclası keçirilib

AMEA-nın Folklor İnstitutunun elmi şurasının növbəti iclası keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun elmi şurasının növbəti iclası keçirilib.
İclasda elmi müəssisənin direktoru, akademik Muxtar İmanov “AMEA-nın 2020-2025-ci illər üzrə inkişaf proqramı” çərçivəsində Folklor İnstitutunun inkişaf proqramının hazırlanması barədə məlumat verib. Akademik institutun hazırladığı proqramın prioritet istiqamətləri və elmi müəssisənin infrastrukturunun modernləşməsinin, optimallaşmasının vacibliyini vurğulayıb, bu istiqamətdə görüləcək tədbirlər haqqında elmi şura üzvlərini məlumatlandırıb.
Sonra “AMEA Folklor İnstitutu əməkdaşları barədə informasiyaların “Elmi kadrlar” Milli İnformasiya Sistemində yerləşdirilməsi barədə” ətraflı məlumat verilib. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov elmi müəssisə üzrə elmlər doktoru hazırlığı üzrə dissertantura və doktoranturaya qəbulun nəticələrinə aydınlıq gətirib.
İclas çərçivəsində Folklor İnstitutunun Musiqi folkloru və Klassik folklor şöbələrinin müdiri vəzifələrinə seçkilər keçirilib. Səsvermə nəticəsində Musiqi folkloru şöbəsinə sənətşünaslıq elmləri doktoru, professor Nailə Rəhimbəyli, Klassik folklor şöbəsinə isə filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov seçiliblər.

Tehsil-press.az

Oxşar xəbərlər