Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırıldı - FƏRMAN

Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırıldı - FƏRMAN Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
Fərmana əsasən, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 manatdan 250 manatadək artırılıb.
Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Tehsil-press.az



Oxşar xəbərlər