Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırıldı

Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırıldı Prezident İlham Əliyev Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib. Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

Tehsil-press.az

Oxşar xəbərlər