Qarşıdan gələn dövrdə başda Körfəz bölgəsi olmaqla Türkiyənin inkişafına və böyüməsinə töhfə verəcək ölkələrlə əlaqələrimizi daha da artıracağıq. Dünənki prioritetimiz terror, işsizlik, qeyri-sabitliklə mübarizə idi. Bu gün isə dünyanın ilk on iqtisadiyyatdan biri olmaq yolundayıq. Keçmiş və bugünkü Türkiyənin görüntülərini düzgün, vicdanlı və əxlaqi bir şəkildə qiymətləndirmək hər kəsin borcudur. Bu gün siyasi, hərbi, diplomatik, iqtisadi baxımdan bölgədə söz sahibi olan bir Türkiyə var.
Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində ifadə edib.
Son 18 il ərzində ölkədə məşğulluq səviyyəsinin 19 milyondan 30 milyonadək artırıldığını vurğulayan Prezident Ərdoğan Türkiyə hökumətinin prioritetlərinin mərkəzində vətəndaşların hüquqlarının qorunması olduğunu bildirib.
Qeyd edilib ki, Türkiyədə ümumi elektrik enerjisi istehsalı dörd dəfə artırılıb, elektrik enerjisi istehsal edən elektrik stansiyalarının sayı isə 1808-ə çatdırılıb. Türkiyə Avropanın 34 ölkəsi arasında öz vətəndaşlarına ən sərfəli qiymətə elektrik enerjisi təklif edən üçüncü ölkədir. Bununla yanaşı, Türkiyədə elektrik enerjisi üzrə tariflər vətəndaşların və iş yeri sahiblərinin xeyrinə yenidən hesablanacaq.
Hazırda ölkə üzrə əsas problemin yüksək inflyasiya olduğunu deyən ölkə başçısı bu istiqamətdə görülən işlərlə yaxın dövr ərzində müsbət nəticə əldə ediləcəyini deyib.
Türkiyə Prezidenti uzun zamandır inşası davam edən “1915 Çanaqqala körpüsü” və “Malkara” avtomagistralının bu il fevralın 26-da istifadəyə veriləcəyini deyib.
Tehsil-press.az