Türkiyə hökuməti növbəti iclasını keçirib

Türkiyə hökuməti növbəti iclasını keçirib Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı kütləvi peyvəndləmə, sosial məsafə saxlama, maska taxma və təmizlik qaydalarına əməl etməklə tədbirlər davam edəcək. Peyvənd olun, özünüzü və sevdiklərinizi qoruyun.
Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.
Türkiyənin ictimai-siyasi həyatında baş verən hadisələrə münasibət bildirən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan müqəddəs Qurban bayramı münasibətilə hökumətin qərara aldığı sosial tədbirlər barədə ictimaiyyətə geniş məlumat verilib.
Çıxışında terrorizmlə aparılan mübarizənin nəticələrini yüksək dəyərləndirən Türkiyə Prezidenti deyib: “Terror təşkilatlarına qarşı tarixin ən əhəmiyyətli mücadiləsini veririk. Şəhidlərimizin qanını yerdə qoymayacağıq. PKK və FETÖ-ya göz açmağa imkan vermirik”.
Dövlət başçısı çıxışında sənayenin inkişafı, ticarət dövriyyəsindəki vəziyyət, bank sektorunda həyata keçirilən maliyyə tənzimləmələrinə də geniş yer verib.

Tehsil-press.az


Oxşar xəbərlər