Mixeil Çxenkeli: Azərbaycan ilə qarşılıqlı əməkdaşlıq nəticəsində elm və təhsil sahəsində bir sıra uğurlar əldə olunub

Mixeil Çxenkeli: Azərbaycan ilə qarşılıqlı əməkdaşlıq nəticəsində elm və təhsil sahəsində bir sıra uğurlar əldə olunub Gürcüstan ilə Azərbaycan arasında təhsil və elm sahəsində münasibətlər dərinləşdiriləcək. Bu sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük imkanlar var.
Bunu Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan ilə qarşılıqlı əməkdaşlıq nəticəsində elm və təhsil sahəsində bir sıra uğurlar əldə olunub. Bu gün iki ölkə arasında təhsil və elm sahəsində əməkdaşlığa dair imzalanmış saziş bizim üçün daha geniş imkanlar açır. İnanıram ki, əməkdaşlığımız daha da dərinləşəcək”, – deyə M.Çxenkeli vurğulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər