Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Moskva Şəhər Elm və Təhsil Departamentinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə iki ölkənin təhsil müəssisələri arasındakı əməkdaşlığın indiki vəziyyəti və onun genişləndirilməsi üçün mövcud potensial müzakirə edilib, ümumi təhsil sahəsindəki təcrübə mübadiləsi barədə səmərəli fikir mübadiləsi aparılıb.
Tədbirdə BŞTİ-nin müdir müavinləri ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan danışıblar. Qeyd edilib ki, görüşün keçirilməsində əsas məqsəd Moskva şəhəri ilə təhsil sahəsində əlaqələri genişləndirmək və əməkdaşlıq çərçivəsində ümumtəhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməkdir. İkitərəfli əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin təşkilinin əhəmiyyəti, təhsilin inkişafı üçün təcrübə mübadiləsinin vacib olduğu vurğulanıb.
BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirən qonaqlar münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində inkişafı üçün geniş imkanlar olduğunu qeyd ediblər.
Sonra rusiyalı qonaqlar 160 nömrəli Klassik Gimnaziyada olublar. Məktəblə tanışlıqdan sonra qonaqlara gimnaziyanın fəaliyyəti və əldə olunmuş uğurlar barədə məlumat verilib.
Sonda şagirdlərin iştirakı ilə ədəbi-bədii proqram təqdim olunub.

BŞTİ-nin Mətbuat Xidməti