Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin sonuncu mərhələsi keçirilib.
Müsabiqənin sonuncu mərhələsində iştirakçılar klassik və müasir Azərbaycan poeziyasından seçmə nümunələri əzbərdən söyləyiblər. Müsabiqə çərçivəsində yaradılmış komissiyanın sədr müavini, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu layihənin akademiyanın prezidentinin müvafiq sərəncamı ilə həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, müsabiqənin əsas məqsədi ana dilinə sevgi və hörmət hissini artırmaq, habelə yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsinin təşviqidir.
Layihənin əlaqələndiricisi, Dilçilik İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı müsabiqənin AMEA-da təhsil alan magistrant və doktorantlar arasında keçirildiyini söyləyib. Bildirib ki, müsabiqədə iştirak etmək üçün AMEA-nın müxtəlif institutlarından 140-a yaxın şəxs qeydiyyatdan keçib və onlardan son mərhələyə 60-ı təsdiqlənib.
Q.Vaqifqızı müsabiqə çərçivəsində inşa və ifadələrin yazıldığını, dialekt sözlərin deyilişi və izahı, eləcə də Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin görkəmli nümayəndələrinin həyat və fəaliyyətləri haqqında biliklərin yoxlanıldığını söyləyib.
Qeyd edək ki, müsabiqənin hər mərhələsində iştirakçıların fəaliyyəti komissiya üzvləri tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib. Yekunda komissiya tərəfindən müsabiqədə ən yüksək bal toplamış üç nəfər pul mükafatı ilə təltif olunacaq.
Tehsil-press.az