“Heydər Əliyev: dahi şəxsiyyət, əbədiyaşar lider” mövzusunda tələbə onlayn esse müsabiqəsinin qalibləri müəyyənləşib

“Heydər Əliyev: dahi şəxsiyyət, əbədiyaşar lider” mövzusunda tələbə onlayn esse müsabiqəsinin qalibləri müəyyənləşib Bakı Dövlət Universitetinin (BDU) aprelin 16-da elan etdiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: dahi şəxsiyyət, əbədiyaşar lider” mövzusunda tələbə onlayn esse müsabiqəsi başa çatıb.
Müsabiqədə universitetin 70-dən çox tələbə və magistrantı iştirak edib. Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.
Müsabiqə komissiyasının qərarı ilə birinci yerə - Filologiya fakültəsinin III kurs tələbəsi Nigar Əliyeva, ikinci yerə - Sosial elmlər və psixologiya fakültəsinin II kurs tələbəsi Gülşən Qasımova, üçüncü yerə - Hüquq fakültəsinin II kurs tələbəsi Lalə Həsənzadə və Şərqşünaslıq fakültəsinin II kurs magistrantı Taleh Mansurov, həvəsləndirici yerə - Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Fəridə Yusibova, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Məleykə Bayramlı, Jurnalistika fakültəsinin I kurs magistrantı Nigar Abbasova, Geologiya fakültəsinin II kurs magistrantı Yusif Nəbizadə, Jurnalistika fakültəsinin IV kurs tələbəsi Kənan Novruzov, Jurnalistika fakültəsinin I kurs tələbəsi Əsgər İsmayılov layiq görülüblər.
Qaliblərin esseləri BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaq. Qaliblər diplom və müvafiq olaraq birinci yer - 300 manat, ikinci yer - 250 manat, üçüncü yer (2 nəfər) - 200 manat, həvəsləndirici yer (6 nəfər) - 100 manat pul mükafatı ilə təltif ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər