"Xocalıların yarası o zaman sağalacaq ki, Xocalı da Şuşa kimi Ana Vətənə qovuşacaq"

Xocalı soyqırımın 30 illiyi ilə əlaqədar İrəvan Türk Cümhuriyyəti bəyanat yaymışdır.
Bəyanatda deyilir:
"Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı adına indi Ermənistan deyilən öz tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, onların da çoxu Azərbaycanın Kür-Araz düzənliyində məhv olmuşdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 300 mindən artıq azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Böyük Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin davamı idi. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır
Bəyanatda daha sonra deyilir: "1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirmişdir. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 4 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq mühasirədə qalmış Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Bütün bunlar erməni hərbçiləri və onlara yardım edən 366- cı Rusiya hərbi alayı tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən vəhşicəsinə qətlə yetirilmişdir."
İrəvan Türk Cümhuriyyəti 44 günlük savaş zamanı Böyük Zəfər qazandı. Torpaqlarımızın böyük bir hissəsi düşmən tapdağından azad edildi, lakin Xocalı yaramız hələ sağalmamış və o hələ də əsarət altındadır. Hesab edirik ki, Azərbaycan bu yaramızı sağaltmaq tədbirlərini görəcəkdir. Xocalıların, bütün xalqımızın yarası o zaman sağalacaqdır ki, Xocalı da Şuşa kimi Ana Vətənə qovuşacaqdır. Soyqırımın 30- cu ilində Xocalıya beynəlxalq hüquq çərçivəsində nəhayət ədalət ala biləcəyik. Bu cinayəti törədənlər cəzasını alacaq və müharibə caniləri olaraq mühakimə olunacaqlar. İrəvan Türk Cümhuriyyəti bu yolda əlindən gələni etməyə hazırdır".

Tehsil-press.az

Oxşar xəbərlər