BDU-da “Xocalı faciəsi - tarixdə ən dəhşətli soyqırımı aktı” adlı tədbir keçirilib

BDU-da “Xocalı faciəsi - tarixdə ən dəhşətli soyqırımı aktı” adlı tədbir keçirilib Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə “Xocalı faciəsi - tarixdə ən dəhşətli soyqırımı aktı” adlı tədbir keçirilib.
tədbirdə Tarix fakültəsinin dekanı İbrahim Zeynalov ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti barədə məlumat verib. Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Türk xalqları tarixi kafedrasının dissertantı Vasif Nəbiyev Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması istiqamətində görülən işlər barədə danışıb. O, Vətən müharibəsində qazandığımız böyük Zəfərin əhəmiyyətini vurğulayıb.
Sonra tələbələr tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Tehsil-press.az


Oxşar xəbərlər