Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi təşkil edilib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri imtahanın gedişini izləyiblər.
Psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən 787 nəfər elektron portal vasitəsilə qeydiyyatdan keçib, həmin şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 614 namizəd müsabiqənin test imtahanı mərhələsində iştirak imkanı qazanıb.
Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak ediblər.
Qeyd edək ki, gənc müəllimlər və “Məktəblinin dostu” layihəsinin əməkdaşları imtahan nəzarətçisi kimi prosesə cəlb olunublar.
Tehsil-press.az