Azərbaycan Dillər Universitetində (ADU) Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” idarəetmə qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində görüş keçirib.
Elmi işləri üzrə prorektor professor Novruz Məmmədov Azərbaycan elminə göstərilən dövlət dəstəyindən danışıb. Qeyd olunub ki, yüksəkixtisaslı və peşəkar kadrların hazırlanması istiqamətində bir sıra mühüm işlər görülməkdədir. Bildirilib ki, gənclərin elmi potensialının artırılması, ixtisaslarını yüksək səviyyədə mənimsəməsi qarşıya qoyulan əsas məqsədlərdən biri hesab olunur.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı”nın idarəetmə rəhbəri Turan Topalova proqramla bağlı məlumat verib. Gənclərin proqram çərçivəsində xarici ölkə universitetlərində təhsil alması, təqaüd və s. məsələlərə toxunulub: “Müasir dövrün çağırışları ölkəmizdə prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılmasını və bu əsasda insan kapitalının inkişafını şərtləndirir. Bu zərurət ölkəmizdə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını aktual edir. Dünya ali təhsil sistemində baş verən dəyişikliklərə cavab olaraq Azərbaycanda intellektual potensialın gücləndirilməsinə qoyulan investisiya artıq ali təhsil sistemində mühüm keyfiyyət dəyişikliklərini və innovativ fəaliyyətin güclənməsini şərtləndirib”.
Xaricdə doktorantura təhsili üzrə məsul şəxs Günay Mustafayeva müvafiq sahə üzrə fikirlərini bölüşüb. Qeyd edib ki, Dövlət Proqramının icra istiqamətlərinə respublikamızda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi və ali təhsil müəssisələrimizin akademik imkanlarının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin təşkili aiddir. Hazırda Dövlət Proqramı çərçivəsində 127 doktorant dünyanın 20 ölkəsində təhsil alır.
Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva magistrantların doktorantura təhsilinə marağından danışıb. Qeyd olunub ki, ali təhsilin davam etdirilməsi, karyera imkanlarının artırılması istiqamətində bir sıra vacib qərarlar qəbul olunub.
Marketinq və kommunikasiya mütəxəssisi Könül Bədəlova gənclərin təhsil almaq imkanlarından, dövlət proqramının üstünlüklərindən və doktorantura təhsilinin əlverişli şərtlərlə davam etdirilməsindən danışıb.
Görüşdə tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az