Xarici ali məktəblərdə təhsilin maliyyələşdirilməsinə dair təkliflər öyrəniləcək

Xarici ali məktəblərdə təhsilin maliyyələşdirilməsinə dair təkliflər öyrəniləcək 2022-ci ildə xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydası təsdiq ediləcək.
Bu, Azərbaycan Respublikası Prezidentinin 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulub.
Bu məqsədlə xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsinə dair təkliflər öyrəniləcək, təhsilin maliyyələşdirilməsi Qaydası təsdiq ediləcək. Yekunda isə gənclərin xarici ali təhsil müəssisələrində təhsili təsdiq edilmiş Qaydaya uyğun maliyyələşdiriləcək.
Qeyd edək ki, işin əsas icraçısı Nazirlər Kabineti, digər icraçılar isə Təhsil Nazirliyi, Dövlət Neft Fondu və Ədliyyə Nazirliyidir.

Tehsil-press.az



Oxşar xəbərlər