Nikaha daxil olmadan ailə quranların sayı artır – Ombudsman

Nikaha daxil olmadan ailə quranların sayı artır – Ombudsman Qanunvericiliklə müəyyən edilmiş qaydada nikaha daxil olmadan ailə quran və ya birgəyaşayış münasibətlərində olan şəxslərin sayının artması, habelə nikahdankənar və tibb müəssisəsindən kənar yeni doğulanların doğum haqqında şəhadətnamə ilə təmin edilməməsi belə uşaqların hüquqlarının və qanuni maraqlarının yetərli səviyyədə müdafiəsinə imkan vermir.
Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Bildirilib ki, qeyd edilənlər diqqətə alınaraq, kənd yerlərində vətəndaşların nikahın və doğumun qeydiyyata alınması ilə bağlı vaxtında müraciət etməsi üçün yerli icra hakimiyyəti başçılarının müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyələr, polis sahə müvəkkilləri, yerli tibb və təhsil müəssisələri, habelə icmalar səviyyəsində əhali arasında ünvanlı olaraq maarifləndirmə, məlumatlandırma və izahat işinin genişləndirilməsi məqsədə müvafiqdir.

Tehsil-press.az

Oxşar xəbərlər