Son 27 ildə Azərbaycanda 373 nəfər oğlan 18 yaşı tamam olanadək rəsmi nikaha daxil olub.
Tehsil-press.az-n məlumatına görə, ötən müddətdə 18 yaşadək ailə həyatı quran oğlanların sayında ən yüksək göstərici 2006-cı ildə qeydə alınıb.
Həmin ildə 50 oğlan 18 yaşı tamam olanadək evlənib. Sonrakı yüksək göstəricilər 2005, 1995, 2007-ci ildə qeydə alınıb. 2005-ci ildə 18 yaşadək nikaha daxil olan oğlanların sayı 48, 1995-ci ildə 44, 2007-ci ildə 36, 2008-ci ildə 35 olub. 1990-cı ildən 2011-ci ilədək olan dövrün qalan illərində isə 18 yaşadək nikaha daxil olanların sayı hər il 11-20 nəfər arasında dəyişib.
2012-ci ildən 18 yaşadək rəsmi nikaha daxil olanların sayı nəzərəçarpacaq dərəcədə azalmağa başlayıb. Azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün kişilərdə və qadınlarda minimum yaş həddinin 18 müəyyən edilməsi olub.
Tehsil-press.az