Bakıda "MTK dələduzluğu" davam edir: "Təmir adı ilə pulumu mənimsəyiblər"

Bakıda Azərbaycanda göbələk kimi artan Mənzil-Tikinti Kooperativləri (MTK) tərəfindən dələduzluğa məruz qalan vətəndaşlarımızın sayı get-gedə artır. Redaksiyamıza özünə qarşı həmin şirkətlər tərəfindən dələduzluq edilən çox sayda sakinlər müraciət edir. Onlar öz şikayətlərini aidiyyatı orqanlara çatdırmaq istəyirlər. Bir çox hallarda özlərini həmin şirkətlərin rəhbəri kimi qələmə verən dələduz şəxslər və onların əlbir olduqları “ortaqları” cəzasız qalır.
Məsələn, keçən yazılarımızdan birində “Proqress 2016” MTK-nın bir vətəndaşa 53 min manat dəyərində ev satdığı, daha sonra həmin evi həm də bir neçə nəfərə satıb, özünü məsuliyyətdən yayındırmağa çalışması barədə redaksiyamıza müraciət daxil olmuşdu. Vətəndaş özünə qarşı edilmiş bu dələduzluğa qarşı aidiyyatı orqanlara, o cümlədən, Baş Prokurorluğa və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etsə də, ona hər hansı bir cavab verilməmişdi. Elə vətəndaşla birlikdə bizim də suallarımızdan yayınan, sorğumuza cavab verməyən Baş Prokurorluğun mətbuat xidməti bir daha bu davranışı ilə elə bir təəssürat formalaşdırdı ki, vətəndaşlara qarşı belə böyük dələduzluq cinayətləri, sakinlərin şikayətləri sanki onları maraqlandırmır. Bütün bunlara baxmayaraq, biz yenə də öz üzərimizə düşən vəzifəni icra edib, vətəndaşlarımızın ünvanladıqları müraciətləri dərc etməyə, onu işıqlandırmağa çalışırıq. Bundan sonrası isə aidiyyatı qurumların üzərinə düşür.
Bu yaxınlarda növbəti mütəşəkkil dələduzluq faktı ilə əlaqədar aidiyyatı orqanlara müraciət etmiş Azərbaycan Respublikasının vətəndaşı, birinci Qarabağ müharibəsinin qazisi Nuriyev Əli Şaban oğlu redaksiyamıza müraciət edib. Qarabağ qazisi, ona qarşı edilən cinayət əməlini mətbuatda işıqlandırmağı və aidiyyatı orqanların da bu məsələyə daha ciddi yanaşmasını xahiş edib. Həmin müraciət mətnini oxucularımıza təqdim edir, məsələ barədə hüquq-mühafizə orqanları tərəfindən ən qısa və operativ şəkildə bu problem nəzarətə götürmələrini xahiş edirik. Çünki hər gün artmaqda olan MTK şirkətlərinin bəziləri, vətəndaşları aldadıb cibinə girdikdən sonra onlara mane olunmadığını və məsuliyyətə cəlb edilmədiklərini görüb, daha da ruhlanırlar:
“Mən Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi, 1 mənzil 26 ünvanında yerləşən mənzili əsaslı təmir etdirmək üçün 11.06.2021-ci il tarixdə özünü “AZ İNTEKST” MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə 05/27 saylı müqavilə bağlamışam. Müqaviləyə görə, icraçı - “AZ İNTEKST” MMC 11.06.2021-ci il tarixdən 11.08.2021-ci il tarixədək mənzili əsaslı təmir etməli, müqavilənin 10-cu bəndində qeyd edilmiş işləri görməli və materiallardan istifadə etməli idi. Sifarişçi olaraq mən isə xidmət haqqı kimi ümumilikdə 32000 manat pul ödəməli idim. Həmin şəxslə məni əvvəllər tanıdığım Məmməd Nağıyev tanış etdirmiş və onların işlərini keyfiyyətli və vaxtında gördüyünü bildirmişdir.
13.06.2021-ci il tarixdən mən razılaşdırmış olduğumuz məbləği hissə-hissə Cabbarov Ruhəddin Rasim oğluna təqdim etməyə başladım və həmin ödənişlər məbləği və edildiyi tarix müqavilənin sonunda qeyd edilmiş və alınmasını R.Cabbarov imzası ilə təsdiq etmişdir. Bundan başqa ödənişlərin bir qismi də Ruhəddin Cabbarovun göstərişinə əsasən onun həyat yoldaşı Cabbarova Gülnar Rüfəddin qızının adına olan bank kartına ödənilmişdir.
Təmir işləri yerinə yetirilmədiyindən 05.09.2021-ci il tarixdə Fətəliyev Telman İsrayıl oğlu və R.Cabbarovun qohumu Quliyev Kənan Cavid oğlu görüşlər keçirilib. Görüş zamanı T.Fətəliyev mənzildəki təmir işlərini özünün və qohumunun da cavabdehlik daşıyaraq üzərinə düşən öhdəlikləri davam etdirəcəyinə və 01.10.2021-ci il tarixinədək bütün təmir işlərini yekunlaşdıraraq mənzili təhvil verəcəyinə söz vermişdir. Bundan sonra 11.06.2021-ci il tarixli 05/27 saylı müqaviləyə 08.09.2021-ci il tarixdə əlavə razılaşma tərtib etdik. Həmin əlavə razılaşmaya görə mənzilin təmiri və materiallardan istifadə etməli idi. Sifarişçi olaraq mən isə xidmət haqqı kimi ümumilikdə 32000 manat pul ödəməli idim. Həmin şəxslə məni əvvəllər tanıdığım Məmməd Nağıyev tanış etdirmiş və onların işlərini keyfiyyətli və vaxtında gördüyünü bildirmişdir.
13.06.2021-ci il tarixdən mən razılaşdırmış olduğumuz məbləği hissə-hissə Cabbarov Ruhəddin Rasim oğluna təqdim etməyə başladım və həmin ödənişlər məbləği və edildiyi tarix müqavilənin sonunda qeyd edilmiş və alınmasını R.Cabbarov imzası ilə təsdiq etmişdir. Bundan başqa ödənişlərin bir qismi də Ruhəddin Cabbarovun göstərişinə əsasən onun həyat yoldaşı Cabbarova Gülnar Rüfəddin qızının adına olan bank kartına ödənilmişdir.
Təmir işləri yerinə yetirilmədiyindən 05.09.2021-ci il tarixdə Fətəliyev Telman İsrayıl oğlu və R.Cabbarovun qohumu Quliyev Kənan Cavid oğlu görüşlər keçirilib. Görüş zamanı T.Fətəliyev mənzildəki təmir işlərini özünün və qohumunun da cavabdehlik daşıyaraq üzərinə düşən öhdəlikləri davam etdirəcəyinə və 01.10.2021-ci il tarixinədək bütün təmir işlərini yekunlaşdıraraq mənzili təhvil verəcəyinə söz vermişdir. Bundan sonra 11.06.2021-ci il tarixli 05/27 saylı müqaviləyə 08.09.2021-ci il tarixdə əlavə razılaşma tərtib etdik. Həmin əlavə razılaşmaya görə mənzilin təmiri və görülməli işlər 01.10.2021-ci il tarixədək təhvil verilməli idi. Həmin razılaşmaya əsasən Fətəliyev Telman İsrayıl oğlu da həmin öhdəlikləri öz üzərinə götürmüşdür.
Ruhəddin Cabbarov və Telman Fətəliyev qeyd etmişdilər ki, öhdəlikləri zamanında icra etməsələr Azərbaycan Respublikası Cinayət Məcəlləsi və Mülki Məcəlləsi ilə məsulliyyət daşıyırlar. Baxmayaraq ki, mən Ruhəddin Cabbarov Rasim oğluna, Gülnar Cabbarova Rüfəddin qızına, Telman Fətəliyev İsrayıl oğluna ümumilikdə 22611 manat pul vermişəm və razılaşdırmış olduğumuz təmir işlərinin görülməsinin əksinə mənzil bərbad vəziyyətə düşmüş və qəsdən zədələnmişdir.

Tehsil-press.az

Oxşar xəbərlər