Azərbaycan Respublikasının Baş prokurorluğu tikinti təşkilatlarının vəzifələri şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi barədə rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin və “Yüksəliş-C” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
İstintaq zamanı “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərməklə faktiki olaraq mənzillərin satışını həyata keçirən Habil Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib. Rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, C.Alışovun H.Fətəliyev və qeyriləri ilə əlbir olub “Yüksəliş-C” MMC-nin direktoru vəzifəsində işləməklə həmin cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonunda inşa olunan binadan da eyni qaydada 10 mənzili təkrarən 11 nəfərə satmaqla 587 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə C.Alışova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), H.Fətəliyevə isə həmin məcəllənin 178.3.2 və 313-cü maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri, o cümlədən vətəndaşlara dəymiş ziyanın ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.
Xatırladaq ki, "Yeni Yasamal" MTK-nın rəhbəri barədə illərdir zərərçəkənlərə istinadən mətbuat yazırdı. Bu şikət Bakının Yasamal rayonunda 2006-cı ildə təməlini qoyduğu çoxmərtəbəli yaşayış binasının tikintisini yarımçıq qoyub və tikilməmiş binadan mənzil almaq üçün ödəniş edən vətəndaşların pullarını mənimsəyib. Habelə bir mənzili bir neçə nəfər satmaq praktikasından geniş istifadə edib. Alışovun adı keçmiş MTN generalı Akif Çovdarovun işində də keçirdi. Belə ki, MTK rəhbəri Çovdarovun ondan hədə qorxu yolu ilə 6 mənzil aldığını, habelə istixanalarını ona tikdirdiyini iddia edirdi. Lakin digər məlumatlara görə Alışov əslində Çovdarovun "krışası" altında fəaliyyət göstərib və indi özünü ondan zərərçəkən kimi təqdim edirdi.
Tehsil-press.az