“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə şahmat turnirinə start verilib

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə şahmat turnirinə start verilib “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayon uşaq-gənclər idman-şahmat məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi respublika şahmat turnirinə start verilib. Yarışdan əvvəl iştirakçılar Şəhidlər xiyabanını ziyarət ediblər. Açılış mərasimində soyqırımı qurbanlarının, şəhidlərin xatirəsi yad edilib.
Turnir “A” və “B” qrupları üzrə İsveçrə sistemi ilə 9 turdan ibarət olmaqla keçirilir. “A” qrupunda 11-16 yaşlı şahmatçılar, “B” qrupunda 10 yaşadək şahmatçılar mübarizə aparır. Turnirdə ümumilikdə 31 rayon (şəhər) uşaq-gənclər idman-şahmat məktəblərindən 280 nəfər şahmatçı iştirak edir. Yarışa mart ayının 6-da yekun vurulacaq. Turnirdə I, II, və III yeri tutan idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunacaqlar.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının 30-cu ildönümünün qeyd edilməsi, uşaq və yeniyetmələr arasında vətənpərvərlik hissinin gücləndirilməsi, uşaq şahmatının inkişaf etdirilməsi və şahmatçıların ustalıq səviyyəsinin artırılmasından ibarətdir.

Tehsil-press.az


Oxşar xəbərlər