Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən “Peşəkar ol” layihəsi üzrə təlimlərə start verilib.
12 akademik saatlıq təlimlərə Azərbaycan Dillər Universitetinin müraciəti əsasında pedaqoji fakültələrdə təhsil alan bakalavr və magistrantlar cəlb olunub.
Təlimlər “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası”, “Sinfin idarə edilməsi”, “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması”, “Rabitəli nitqin inkişafı” və “Müəllimin etik davranış qaydaları” mövzularını əhatə edir.
Layihənin əsas məqsədi pedaqoji fakültələrdə təhsil alan tələbələrdə müəllim peşəsinə maraq və motivasiya yaratmaq, yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək verməkdir.
Qeyd edək ki, təlimi bitirən iştirakçılara Təhsil İnstitutu tərəfindən sertifikatlar təqdim olunacaq.
Tehsil-press.az