Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun iştirakı ilə Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları ilə Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbin rəhbər və pedaqoji işçiləri arasında görüş keçirilib.
Görüşdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən keçirilmiş monitorinqin nəticələrinə dair hesabat təqdim olunub. Hesabatda məktəbin ümumi fəaliyyəti, şagirdlərin nailiyyətləri və şəxsiyyət kimi inkişafı, öyrətmə və qiymətləndirmə, məktəbdə dəstəkləyici mühitin (infrastruktur, mənəvi-psixoloji mühit, təhlükəsizlik) yaradılması və məktəbdə idarəetmənin keyfiyyəti üzrə monitorinq nəticələri diqqətə çatdırılıb. Bununla yanaşı, Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları tərəfindən məktəbə metodik dəstəyin göstərilməsi məsələsi müzakirə olunub.
Həmçinin göstəriləcək metodik dəstək prosesində məktəbin inkişaf proqramının hazırlanmasına dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, məktəbin müəllim və metodbirləşmə rəhbərləri ilə fərdi və kollektiv söhbətlərin aparılması, dərsdinləmə proseslərinin təşkil olunması, müəllimlərin ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Tehsil-press.az