Peşə məktəblərinin pedaqoji heyəti və psixoloqları üçün “Təhsildə inklüzivlik” istiqaməti üzrə təlimlərə başlanılıb

Peşə məktəblərinin pedaqoji heyəti və psixoloqları üçün “Təhsildə inklüzivlik” istiqaməti üzrə təlimlərə başlanılıb Peşə təhsili pilləsi üzrə tədrisi aparan pedaqoji heyət və psixoloqlar üçün “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsi çərçivəsində “Təhsildə inklüzivlik” istiqaməti üzrə təlimlərə başlanılıb.
Onlayn formatda təşkil olunan təlimlərə 10-a yaxın peşə təhsili müəssisəsindən 17 nəfər iştirak edir. Təlim proqramı əlilliyin sosial modeli və inklüzivliyin prinsipləri, inklüziv mühitin yaradılması, təlimə dəstək planının strukturu və istifadə qaydaları, inklüziv təhsilin təşkili, tədris proqramının tətbiqi və uyğunlaşdırılması, tədris prosesinin müxtəlif diaqnozlara uyğunlaşdırılması və tədris hədəflərinin müəyyənləşdirilməsi kimi mövzuları əhatə edir.
Xatırladaq ki, “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” proqramı çərçivəsində həyata keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər