Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən görkəmli dövlət xadimlərindən biridir.
Bunu Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko söyləyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev çox çətin geosiyasi şəraitdə Azərbaycanda sabitliyi qoruyub saxladı və möhkəmləndirdi, ölkəni inamla irəli apardı.
“Prezident İlham Əliyev Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlığı möhkəmləndirib. Biz Onu Ukraynanın əsl dostu hesab edirik. Çətin anlarda Ukraynaya dostluğuna və dəstəyinə görə Azərbaycan Prezidentinə minnətdarıq”, - deyə ukraynalı deputat əlavə edib.
AŞPA-nın vitse-prezidenti qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevirib.
Deputat vurğulayıb ki, Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında sıx şəxsi münasibətlər iki ölkənin əlaqələrinin inkişafına müsbət təsir edir. Azərbaycan və Ukrayna bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Ölkələrimiz arasında dostluq münasibətləri bundan sonra da inkişaf edəcək.
Tehsil-press.az