UFAZ-da proqramlaşdırma üzrə hakaton keçirilib

UFAZ-da proqramlaşdırma üzrə hakaton keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələr arasında #UFAZHackathon2022 yarışması keçirilib.
Yarışmada UFAZ tələbələri ilə yanaşı, daha 8 universitetdən ümumilikdə 30 komanda iştirak edib.
Hakaton kənd təsərrüfatı, texnologiya, ətraf mühit, maliyyə, səhiyyə və su təsərrüfatı sahələrinə aid mövzulara həsr olunub. Üç nəfərdən ibarət komanda verilən mövzulara uyğun proqramlaşdırma tapşırıqlarını icra edib.

Tehsil-press.az

Oxşar xəbərlər