Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ali təhsil müəssisəsinə yeni qəbul olunan 139 tələbə üçün “Oriyentasiya günü” keçirilib.
Tədbirdə Fransanın ölkəmizdəki səfiri Aurelia Buşez, UFAZ-ın direktoru, dosent Vazeh Əskərov və baş katib Şarlot Payen iştirak ediblər.
Tələbələr universitet barədə ətraflı məlumat əldə ediblər.
Görüşdə Aurelia Buşezə Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə UFAZ tərəfindən hazırlanan videoçarx və hədiyyə təqdim olunub.

ADNSU-ın Mətbuat Xidməti