Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) birinci kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdim edilməsi mərasimi keçirilib.
Əvvəlcə tədbir iştirakçılarına UFAZ tələbələrinin innovativ layihələri haqqında məlumat verilib.
Tədbirdə UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və baş katibi Şarlot Payen artıq 4-cü dəfə Strasburq Universitetinin tələbə biletlərinin təqdim edilməsi mərasiminin keçirildiyini diqqətə çatdırıblar.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı tələbələrə təhsillərində uğurlar arzulayıb.
Fransanın ölkəmizdəki səfiri Zakari Qros UFAZ-ın inkişafı və tələbələrin təhsili üçün dəstək göstərməyə hazır olduqlarını deyib.
Strasburq Universitetinin UFAZ üzrə elmi eksperti Filip Turek təhsilin inkişafı ilə bağlı fikirlərini bildirib.
Azərbaycan-Fransız Universitetinin tələbələri Toğrul Babayev və Ləman Cəlilova UFAZ-da təhsilin üstünlüklərindən bəhs ediblər.
Sonra UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim olunub.
Qeyd edək ki, bu il 141 tələbəyə Strasburq Universitetinin tələbə biletləri verilib.

Mətbuat Xidməti