Azərbaycan-Fransız Universitetində “açıq qapı” günü təşkil olunub

Azərbaycan-Fransız Universitetində “açıq qapı” günü təşkil olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) orta məktəblərin yuxarı sinif şagirdləri (X və XI sinif şagirdləri), onların valideynləri və UFAZ-da təhsillə maraqlananlar üçün “açıq qapı” günü keçirilib.
Tədbirdə UFAZ-ın direktoru Vazeh Əsgərov və baş katibi Şarlotta Payen universitetin fəaliyyəti barədə təqdimatla çıxış ediblər.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ-a qəbul prosesi və tədris proqramları haqqında ətraflı məlumat verib. M.Babanlı qeyd edib ki, ADNSU-da təhsil alan hər bir tələbənin UFAZ-a transfer olmağa və ya əksinə UFAZ-dan ADNSU-ya keçmək şansı var. Bunun üçün isə seçilmiş ADNSU tələbələrinin mütləq şəkildə xüsusi uyğunlaşdırılmış imtahan vermələri və ingilis dilində müsahibədə iştirak etmələri tələb olunur.
Sonra suallar cavablandırılıb.

Hikmət Əliyev

Oxşar xəbərlər