Təhsilin demokratik, humanist prinsiplər əsasında inkişaf etdirilməsi məzmunun, texnologiyaların və idarəetmə sisteminin yenidən qurulmasını, həmçinin təhsil sisteminin cəmiyyətin ehtiyac və tələbatlarına uyğunlaşdırılmasını prioritet istiqamət kimi tələb edir. Bu istiqamətdə görülən işlər, ilk növbədə, təhsilin idarə edilməsində dəyişikliklərin aparılmasını həlledici amillərdən biri kimi qarşıya qoyur.
Bununla bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfovun qeydlərini təqdim edirik.
Təhsilin idarə edilməsində metodiki-pedaqoji əsaslara istinad edilməsi, idarəçilik fəaliyyətinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və keyfiyyətin monitorinqi prinsipləri əsasında qurulması günümüzün ən vacib tələblərindəndir. Tədrisin təşkilində bütün fəaliyyətlərin inkişafyönümlü xarakterdə olması onun keyfiyyət göstəricilərinin ardıcıl izlənməsini, keyfiyyətin gözlənilən nəticələrin reallaşdırılması səviyyəsi ilə müəyyənləşdirilməsini zəruri edir.
Azərbaycan məktəbinin dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi intellekt məktəbinə çevrilməsi, nailiyyətlərin düşüncə, təfəkkür səviyyəsinə görə qiymətləndirilməsi təhsil siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan mövcud metodik işin təşkili sisteminin təşkilati-struktur baxımından yeniləşdirilməsinə ehtiyac gündən-günə artmaqdadır.
ARTİ tərəfindən pedaqoji kadrlara metodik dəstəyin göstərilməsi, onların peşəkar bacarıqlarının artırılması və yenidən hazırlanması, təlim-tərbiyə işlərinin keyfiyyətinin yaxşılaşdırılması və məktəblərə effektli metodiki dəstəyin göstərilməsi istiqamətində müxtəlif layihə və proqramlar uğurla icra edilir. Bu fəaliyyətlərdən biri də Məktəbin İnkişaf Planının (MİP) tətbiq olunmasıdır. Təhsildə Keyfiyyət və Təminat Agentliyi (TKTA) tərəfindən ümumtəhsil müəssisələrində aparılan inspeksiyaların nəticəsi olaraq öyrənmə mühiti, tədrisin təşkili, idarəetmə göstəriciləri və s. üzrə aşağı nəticə göstərən məktəblər üçün metodik dəstək tədbirlərinə başlanılıb və bununla bağlı müxtəlif strategiyalar hazırlanıb. Məktəbin İnkişaf Planının hazırlanması prosesində Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi birlikdə fəaliyyət göstərir. Proses yanvar ayından başlanıb və hazırda 20-dən artıq məktəbdə MİP-in hazırlanması və metodik dəstəyin göstərilməsi davam edir.
Təhsil İnstitutu tərəfindən məktəblərdə metodik dəstəyin göstərilməsi və MİP-in hazırlanmasında işin icrası Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinə (MDPİM) həvalə edilib. MİP-in hazırlanmasında nəzərdə tutulan fəaliyyətlər üçün əsas meyarlar TKTA-nın inspeksiya hesabatı olsa da, inkişaf planına proqnozlaşdırılmış strateji fəaliyyətlər də əlavə olunub. Bu baxımdan hər bir məktəb üçün MİP spesifik və fərdi yanaşmalarla hazırlanır. Burada məktəbin şagird və müəllim kontingenti, yerləşdiyi ərazi, kadr potensialı, məktəbin infrastruktur təminatı, məktəb-valideyn əməkdaşlığı, təhlükəsizlik şəraiti və s. kimi nüanslar diqqətlə öyrənilir, təhlil edilir. Nəticə olaraq məktəbin potensialına uyğun real hədəflənə bilən fəaliyyətlər aşkara çıxarılır. MİP-ə daxil edilmiş fəaliyyətlərin aşkara çıxarılmasında məktəb rəhbərliyi və məktəb tərəfindən təyin edilmiş MİP komandası aktiv rol oynayır. Belə ki, MDPİM əməkdaşları MİP-in hazırlanmasında fasilitator rolunu oynayır. Qeyd edək ki, Məktəbin İnkişaf Planı hazırkı mərhələdə hər bir məktəb üçün 1 illik nəzərdə tutulub. Növbəti illərdə 3 və ya 5 illik inkişaf planlarının hazırlanması planlaşdırılır.
MİP-in hazırlanması və inkişaf istiqamətləri üçün fəaliyyətlərin real aşkarlanması məqsədilə MDPİM əməkdaşları hər bir məktəbdə azı 2-3 həftə müxtəlif fəaliyyətləri icra edir. Bura TKTA-nın inspeksiya hesabatının təqdimatı və müzakirəsi, məktəb rəhbərliyi tərəfindən təklif edilmiş MİP komandasının təlimatlandırılması, məktəb rəhbərliyi və idarəetmə heyəti ilə ümumi və fərdi görüşlər, dərsdinləmələr və müşahidələrin ümumi və fərdi müzakirəsi daxildir.
İcra edilən fəaliyyətlərin nəticəsi olaraq əldə edilən məlumat MİP-in hazırlanmasında TKTA-nın hesabatından sonra ikinci baza rolunu oynayır.
Məktəbin İnkişaf Planının hazırlanmasında bir neçə qabaqcıl ölkənin öndə gələn məktəblərinin təcrübəsi tədqiq edilib, müqayisələr aparılıb və əldə edilən nəticəyə əsasən yerli şərait və reallıqlara uyğun vahid MİP forması hazırlanıb. Bu baxımdan məktəblər üçün hazırlanan MİP 6 sahə və 24 altmeyar olmaqla ümumiləşdirilib.
Məktəbin İnkişaf Planında yer almış sahələr üzrə fəaliyyətlərin icrası və hədəflənən nəticələrin əldə edilməsində məsuliyyətin əsas hissəsi məktəb rəhbərliyi və MİP komandasının üzərinə düşür. Bununla bərabər, arzulanan müsbət meyillərin əldə edilməsi üçün ARTİ tərəfindən müxtəlif metodik fəaliyyətlər nəzərdə tutulub. Bura ümumi pedaqoji heyət üçün nəzərdə tutulmuş qeyd edilən seminarlar, təlimlər və mentorluq proqramları daxildir. Bununla yanaşı, pedaqoji heyətin ehtiyaclarına uyğun olaraq elektron oxu materialları və əyani vəsaitlərlə təminat da nəzərdə tutulub.
Tehsil-press.az