Metodik Dəstək Mərkəzinin fəaliyyəti genişlənir

Metodik Dəstək Mərkəzinin fəaliyyəti genişlənir Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin rəhbərliyi və əməkdaşları yerlərdə metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərə başlayıb.
İlkin olaraq Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarına səfərlər təşkil olunub. Bu cür görüşlərin digər regionlarda da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Metodik Dəstək Mərkəzinin qaynar xətt nömrəsi (+99451 229 68 68) və elektron poçt ünvanı ([email protected]) artıq istifadəyə verilib. Əlaqə vasitələri təhsil işçilərinin metodik dəstəklə bağlı sual və təkliflərini ünvanlaması üçün nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər