Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyi KİV nümayəndələri üçün “Media və təhsil dialoqu” mövzusunda maarifləndirici təlimə başlayıb.
Təlimdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər” mövzusunda təqdimatla çıxış edib. O, yeni təhsil proqramları və resursları, müəllimlərin peşəkar inkişafı, yeni metodik vəsaitlər, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları, strateji təhsil tədqiqatları, inkişaf və innovasiya layihələri, inklüziv təhsil layihələri, ümumi təhsildə qiymətləndirmə, fövqəladə vəziyyət şəraitində psixososial dəstək, şagirdlərin öyrənmə ehtiyacları və Təhsil İnstitutu tərəfindən hazırlanan müxtəlif faydalı materiallar haqqında geniş məlumat verib.
Məzmun islahatları barədə söz açan R.Əzizov pilot olaraq sınaqdan keçirilən və kütləvi istifadəyə verilən dərsliklər, Sinqapurun təhsil şirkətləri ilə əməkdaşlıq çərçivəsində yenilənəcək dərsliklər və təbiət fənninin tədrisinə start verilməsi, habelə məktəbə hazırlıq səviyyəsi üçün nəzərdə tutulan dərsliklər haqqında danışıb. Təbiət fənnini tədris edəcək müəllimlər üçün keçirilən təlimlər, bundan əlavə mütəmadi olaraq müəllimlərin peşəkar inkişafını təmin etmək məqsədilə təşkil olunan seminarlar qeyd olunub. Həmçinin Təhsil İnstitutu tərəfindən müəllimlərə metodik dəstək göstərilməsi, müxtəlif metodik vəsaitlərin hazırlanması diqqətə çatdırılıb. Şagirdlərin müxtəlif milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nəticələr göstərməsi üçün tədqiqatlarda iştirak etməklə yanaşı, sözügedən tədqiqatlara uyğun olaraq tədrisdə məzmun islahatlarının həyata keçirilməsi bildirilib.
Tehsil-press.az