Polşanın, Çexiyanın və Sloveniyanın baş nazirlərinin Ukraynaya səfəri başa çatıb

Polşanın, Çexiyanın və Sloveniyanın baş nazirlərinin Ukraynaya səfəri başa çatıb Polşa, Çexiya və Sloveniyanın baş nazirlərinin Ukraynaya səfəri başa çatıb.
Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və digər rəsmilərlə görüşən nümayəndə heyəti martın 16-da Polşaya geri dönüblər.
Polşa hökumətinin mətbuat katibi Piotr Müller bildirib ki, missiyanı başa vuran baş nazirlər Mateuş Moravietski (Polşa), Petr Fiala (Çexiya) və Yanez Yanşa (Sloveniya) Aİ Şurasının Prezidenti Şarl Mişellə səfərin yekunlarına dair fikir mübadiləsi aparıblar.
Polşanın Baş nazirinin müşaviri Mixal Dvorçuk səfərin yekunları ilə bağlı mətbuata verdiyi açıqlamada Polşanın təklif etdiyi sülhməramlı missiya barədə danışıb. O bildirib ki, Polşanın bu müraciəti təkcə Avropaya deyil, bütün dünyaya ünvanlanıb və müharibənin sona çatdırılması üçün realist həllin tapılmasına kömək etməlidir. Ona görə də vəziyyətin nizamlanması Şimali Atlantika Alyansı səviyyəsində müzakirə edilməlidir.

Tehsil-press.az


Oxşar xəbərlər