10 mart 2017 – cil tarixdə Polşa Respublikasının Azərbaycandakı səfiri Marek Tsalka Bakı Slavyan Universitetində olmuşdur. Səfiri universitetin rektoru, professor Nurlana Əliyeva qəbul etmiş, BSU ilə Polşanın aparıcı ali məktəbləri arasındakı sıx əməkdaşlıqdan, tələbə və müəllim mübadiləsindən, birgə layihələrdən, universitet tələbələrinin polyak dilinə, ədəbiyyatına, tarixinə, etnoqrafiyasına xüsusi maraqlarından söhbət açmışdır. N.Əliyeva onu da qeyd etmişdir ki, BSU təkcə təhsillə sahəsində deyil, həm də ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsi, multikultural dəyərlərin xalqlar arasında bərqərar olması sahəsində ciddi işlər görür. O, BSU-nun təkcə Polşa ilə deyil, Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çexiya, Bolqarıstan, Yunanıstan və s. ölkələrlə də ciddi əlaqələrə malik olduğunu, tələbə-müəllim mübadiləsi aparıldığını, universitetdə həmin ölkələrin mədəniyyətini, ədəbiyyatını, tarixin öyrənən mərkəzlərin fəaliyyət göstərdiyini və diqqətə çatdırmışdır.
Polşa səfiri Marek Tsalka öz növbəsində əlaqələrimizin tarixi köklərə malik olduğunu, bu gün isə çiçəklənmə dövrünü yaşadığını qeyd etmişdir. O, deyib: “Azərbaycan və Polşa xalqları arasında yaxın və səmimi münasibətlər lap qədimdən mövcuddur. Müstəqillik qazandığımız son 20 ildə isə bu əlaqələr əsl müttəfiqlik səviyyəsinə yüksəlib”. Səfir Azərbaycan torpaqlarının işğalı məsələsinə də toxunaraq, Polşa dövlətinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini nəzərə çatdırmışdır. O, etibarlı əməkdaşlığın təhsil sahəsində özünü daha qabarıq şəkildə biruzə verdiyini bildirmişdir. O, Polşanın ən nüfuzlu universitetinin polyak dili və ədəbiyyatı sahəsindəki aparıcı mütəxəssislərinin BSU-da işləməyə maraq göstərdiyini xüsusi vurğulamışdır.
Görüşün sonunda Polşa səfiri Marek Tsalka BSU-nun müəllim-professor heyətini və tələbələrini aprelin sonunda Bakıda bir həftə davam edəcək Polşa filmləri festivalına dəvət etmişdir. O, həmçinin universitet rəhbərliyini mayın 3-də Polşa Respublikası Konsititusiyası Günü münasibətilə təşkil olunacaq tədbirdə görmək arzusunda olduğunu da bildirmişdir.

BSU-nun Mətbuat Xidməti