Avropa Parlamenti Zelenskinin Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

Avropa Parlamenti Zelenskinin Nobel Sülh mükafatına namizədliyini irəli sürüb Avropanın sabiq və hazırkı siyasətçiləri və Avropa Parlamentinin üzvləri Ukrayna Prezidenti Volodimir Zelenskinin 2022-ci il üçün Nobel Sülh mükafatı ilə təltif edilməsi təşəbbüsünü irəli sürüblər.
Ərizə qəbulu başa çatdığı üçün təşəbbüsün müəllifləri Norveçin Nobel Komitəsini namizədlərin irəli sürülməsi proseduruna yenidən baxmağa çağırıb.
“Prezident Volodimir Zelenskinin və Ukrayna xalqının Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsi üçün namizədlik prosesini 2022-ci il martın 31-dək uzatmağı xahiş edirik”, - deyə müraciətdə bildirilir.
Norveç Nobel Komitəsinin mətbuat xidmətinin məlumatına görə, bu il mükafata 251 şəxs və 92 təşkilat iddia edir.

Tehsil-press.az


Oxşar xəbərlər