Tibb üzrə Nobel mükafatının sahibləri məlum oldu

Tibb üzrə Nobel mükafatının sahibləri məlum oldu İsveçdə 2017-ci il üzrə tibb və fiziologiya üzrə Nobel mükafatının laureatları məlum olub.
Bu mükafata ABŞ-lı alimlər Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq layiq görülüb.
Onlar “hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə Nobel mükafatı ilə təltif edilib.
Qeyd edək ki, mükafatin təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir.
Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

Təhsil-press.az

Oxşar xəbərlər