İsveçin 16 yaşlı məktəblisi və ictimai fəalı - Qreta Tunbergin 2019-cu il üzrə Nobel Sülh Mükafatına namizədliyi verilib.
Tehsil-press.az İsveç mediasına istinadla xəbər verir ki, özünü dünya gənclər hərəkatının lideri elan edən Qreta Tunbergin bu mükafata namizədliyini isveçli və norveçli parlament üzvləri irəli sürüblər.
Q.Tunberg ətraf mühitlə bağlı problemlərə görə keçirdiyi aksiyalarla gündəmə gəlib. O, 2018-ci ilin yayında İsveçdə kəskin isti hava şəraitinə görə başlamış meşə yanğınları ilə bağlı hökuməti ətraf mühit problemlərinə biganəlik göstərməkdə ittiham edib və buna etiraz olaraq məktəbə getməyəcəyini bildirib.
Bu ilin fevralında 16 yaşlı şagirdin Parisdə keçirdiyi yürüşə min nəfərdən çox insan qatılıb. Həmin yürüşdə Qreta həmişə olduğu kimi, əlində "iqlim naminə məktəb tətili" yazılmış plakatla etirazını bildirib. Q.Tunberg iqlim dəyişikliyi problemləri ilə bağlı BMT-nin Dünya Konfransında da çıxış edib.

Rauf Əliyev