Gənclərin iş dünyasına inteqrasiyası mövzusunda müzakirə aparılacaq

Gənclərin iş dünyasına inteqrasiyası mövzusunda müzakirə aparılacaq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Üfüq Azərbaycan - gənclərin iş dünyasına inteqrasiyası” adlı panel diskussiya keçiriləcək.
Tədbir “Gənc MÜSİAD Azərbaycan”, Tələbə Həmkarlar İttifaqı və Ömürboyu Təhsil Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.
Tələbələr və gənc iş adamları ilə görüşdə UNEC Türk Dünyası İqtisad Fakültəsinin dekanı professor Mehmet Yüce, “MÜSİAD Azərbaycan” İdarə Heyətinin üzvü Alim Şentürk, UNEC Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru Fariz Əhmədov, “Deluxe Kamin” şirkətinin direktoru Fuat Kayhan iştirak edəcək.
Tədbirin sponsorları “SÜVARİ Azərbaycan”, “Özgün Yapı AŞ. Azərbaycan”, “Buta Group”, “Deluxe Kamin” MMC şirkətləridir.

Tehsil-press.az


Oxşar xəbərlər