Beynəlxalq biznes forumu həftəsində Azərbaycan Texniki Universitetində (AzTU) Türkiyə-Azərbaycan gənclərinin iş dünyasına inteqrasiyası çərçivəsində panel-proqram layihəsi təşkil olunub.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə keçirilən tədbirdə AzTU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri iştirak edib. Məqsəd Türkiyədəki gənclər və gənc iş adamları ilə Azərbaycandakı tələbələrin tanış olması, gələcəkdə yeni layihələrdə birgə iştirak etməsidir.
Görüş zamanı tanınmış iş adamları və investorlar öz təcrübələrini tələbələrlə bölüşüblər.
Tehsil-press.az