Azərbaycandakı dini konfessiya rəhbərləri Ukraynadakı hadisələrlə bağlı çağırış ediblər

Azərbaycandakı dini konfessiya rəhbərləri Ukraynadakı hadisələrlə bağlı çağırış ediblər Biz ölkəmizdə, bölgədə, bütün dünyada sülhün, əmin-amanlığın hökm sürməsi üçün dualar edir, səylərimizi əsirgəmirik. Bu gün Ukraynada cərəyan edən hadisələrdən narahatlığımızı ifadə edir, dinc insanların həyatlarına təhlükənin qarşısının alınmasını vacib sayırıq.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.
O qeyd edib: “Qocalar, qadınlar, uşaqların qaçqın taleyi yaşamasına son qoyulması, humanitar fəlakətin qarşısının alınması üçün biz, dini konfessiya rəhbərləri olaraq tərəfləri nifaq və qarşıdurmanı danışıqlar vasitəsilə həll etməyə çağırırıq. Bu torpaqlarda tezliklə sülhün bərqərar olması hər birimizin istəyidir”.

Tehsil-press.az


Oxşar xəbərlər