ADA Universitetində Qlobal çağırışların müzakirəsinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb.
Açılış mərasimində ADA Universitetinin prorektorları Fariz İsmayılzadə, Vəfa Kazdal, Kembric Mərkəzi Asiya Forumunun direktoru professor Montu Saksena, Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi COMPASS layihəsinin baş tədqiqatçısı və Kent Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə professoru Yelena Korosteleva çıxış ediblər.
Qeyd olunub ki, ADA, Kent və Kembric universitetlərinin nümayəndələrinin, diplomatların, biznes sektorunda fəaliyyət göstərən yüksək səviyyəli peşəkarların və tədqiqatçıların bir araya gəldiyi beynəlxalq konfransda Qafqaz, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığına daxil olan regionlardakı çağırışlar müzakirə ediləcək.
Tədbirin məqsədi iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi, gender məsələləri kimi çağırışlarla mübarizədə koordinasiyalı səylərin daha da möhkəmləndirilməsinin vacib olduğunu göstərməkdir. İki gün davam edəcək tədbir zamanı hazırda bu istiqamətdə aparılan tədqiqatların və strateji yolların müzakirəsi üçün dəyirmi masalar və panel müzakirələri təşkil olunacaq.
Konfransın birinci hissəsində müvafiq elmi və praktiki sahələrdə ixtisaslaşmış yerli və beynəlxalq ekspertlər qeyd olunan qlobal və regional çağırışlarla bağlı təqdimatlarla çıxış edəcəklər. Təqdimatların məqsədi bütün COMPASS-ın üzvləri və şəbəkələri arasında açıq müzakirələr və interaktiv mühazirələr təşkil etməkdir.
Sonra Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov “Avrasiyanın enerji və nəqliyyat xəritəsinin dəyişilməsi. Azərbaycanın rolu” mövzusu üzrə çıxış edib. O qeyd edib ki, Azərbaycanda digər ölkələrlə müqayisədə elektrik enerjisi qiymətləri əhəmiyyətli dərəcədə aşağıdır. Azərbaycanda elektrik enerjisi tariflərinin aşağı olması bu sahəyə xarici investisiyaların cəlb edilməsi üçün problemlər yaradır.
Nazir müavini bildirib ki, Azərbaycan işğal altında olan ərazilərini azad etdikdən sonra dövlət büdcəsinin kifayət qədər böyük hissəsi bərpa işlərinə gedir. Elektrik stansiyalarının tikintisinə xeyli vəsait sərf edilir. Odur ki, enerji sektoruna xarici investisiyalar cəlb etmək lazımdır. Azərbaycan bərpa olunan enerji üzrə istehsal obyektlərinin yaradılması baxımından Qafqazda liderdir, həmçinin elektrik enerjisinin istehsalı üzrə liderdir və onun ixracı ilə məşğuldur. Ölkənin prioritetlərində biri “yaşıl enerji”yə keçiddir. Bununla əlaqədar olaraq, günəş və külək enerjisi stansiyalarının tikintisi üzrə müqavilələr imzalanıb. Aşağı tariflər enerji sektoruna investisiya cəlb edilməsi üçün problem yaradır.
Azərbaycana xarici tərəfdaşlardan təbii qaz tədarükünün artırılması ilə bağlı müraciətlər daxil olur. Ölkə bu müraciətləri cavablandırmaq iqtidarındadır. Hazırda Azərbaycanda neft hasilatı sabitdir, təbii qaz istehsalı isə istehlakçı ölkələrdən artan sorğular fonunda artmaqdadır.
Sonra mövzu ilə bağlı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, bp-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.
Konfrans öz işini panel iclasları ilə davam etdirib.
Tehsil-press.az