UNEC-in əməkdaşı Antalyada beynəlxalq konfransda iştirak edir

UNEC-in əməkdaşı Antalyada beynəlxalq konfransda iştirak edir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin direktoru tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva Antalyada keçirilən "ANKOSLink 2021" beynəlxalq konfransında iştirak edir.
"ANKOSLink 2021" kitabxana informasiya texnologiyaları, məlumat bazaları, elektron xidmətlər, beynəlxalq nəşriyyatlardan verilənlər bazasına abunəlik, yeni kitabxana xidmətləri və mövcud xidmətlərin inkişafı üçün şərait yaradan beynəlxalq konfransdır. “Rəqəmsal informasiya strukturlarında yeni nəsil həlləri” adlı konfransa dünyanın müxtəlif ölkələrindən 500-dən çox kitabxana- informasiya mütəxəssisi qatılıb.
Konfransda Antalya Bilim Universiteti rektorunun köməkçisi professor Hamza Kandur “Keçmişdən bu günədək biliyin inkişafı” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Antalya Bilim Universitetinin yeni kitabxanasının açılışı olub.
Beynəlxalq konfrans noyabrın 25-dək davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər