Ukrayna hərbi əməliyyatlara ayda 10 milyard dollar xərcləyib

Ukrayna hərbi əməliyyatlara ayda 10 milyard dollar xərcləyib Ukraynanın hərbi əməliyyatlara aylıq xərcləri təxminən 10 milyard dollar təşkil edib.
Bu barədə şənbə günü Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi onun sədrliyi ilə iqtisadiyyatın inkişafı məsələlərinə həsr olunmuş müşavirənin yekunlarına əsasən məlumat yayıb.
“Maliyyə Nazirliyinin hesablamalarına görə, Ukrayna dövləti hərbi əməliyyatlara ayda təxminən 10 milyard dollar sərf edir”, - Ukrayna Prezidenti ofisinin məlumatında belə deyilir.
Qeyd olunur ki, müşavirədə xərclərin maliyyə mənbələri, o cümlədən dövlətin özünün vergi gəlirləri və tərəfdaşlardan daxil olan yardımlar müzakirə edilib. Həmçinin Ukrayna iqtisadiyyatının vəziyyəti və onun yaxın gələcəkdə inkişaf perspektivləri nəzərdən keçirilib.
Volodimir Zelenskinin yanında keçirilən görüşün iştirakçıları ölkədə əkin kampaniyasının keçirilməsini, aqrar sahə işçilərinin yanacaqla təminatı məsələlərini də müzakirə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər