Kaliforniyada silahlı hücum nəticəsində altı nəfər həlak olub

Kaliforniyada silahlı hücum nəticəsində altı nəfər həlak olub ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində insanların atəşə tutulması nəticəsində azı altı nəfər həlak olub, daha on nəfər yaralanıb.
Bu barədə CNN telekanalı məlumat yayıb. Məlumata əsasən, polis hadisənin baş verdiyi rayonu əhatəyə alıb. Zərər çəkənlərin vəziyyəti haqqında hələlik informasiya yoxdur.
ABC News telekanalının polisə istinadla yaydığı digər xəbərə görə, hücum gecə müəssisələrinin yerləşdiyi küçədə baş verib. Hadisə zamanı orada çox sayda insan olub.
Sosial şəbəkələrdəki videoların birində atəşin avtomat silahdan açıldığı eşidilir. Hadisənin səbəbləri və hücum edənlərin sayı hələlik dəqiq bilinmir.

Tehsil-press.az


Oxşar xəbərlər