ABŞ-da silahlı hücum, yaralılar var

ABŞ-da silahlı hücum, yaralılar var ABŞ-ın Nyu-Orlean şəhərində silahlı hücum olub.
Hadisə səhər saatlarında Kanal prospektində baş verib.
Polisin yaydığı məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində 11 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı bir nəfər saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər