Mayın 19-20-də Xəzər Universitetində II Beynəlxalq Kakao Qəhvə və Çay Asiya (CoCoTea Asia 2022) konfransı keçiriləcək.
Konfrans Xəzər Universiteti və Çinin Anhui Kənd Təsərrüfatı Universiteti tərəfindən təşkil ediləcək. Konfransın əsas məqsədi kakao, qəhvə və çay üzrə interdisiplinar tədqiqat sahələrinə aid müzakirələrin aparılması və innovativ elmi nailiyyətlər haqqında məlumatların verilməsidir. Əsas mövzulara biologiya, kimya, texnologiya, metabolomiks, qidalanma və sağlamlıq, həmçinin keyfiyyət və təhlükəsizlik nəzarəti daxildir.
Təqdim olunan materiallar konfransın elektron kitabında, seçilmiş məqalələr isə elmi resenziyalı jurnalın xüsusi nömrələrindən birində dərc olunacaq. Müəlliflər hər təqdimat üçün bir məqalə verə bilərlər. Tezislər konfransın internet saytında təqdim edilməlidir.
Tehsil-press.az