Təhsil Nazirliyi uşaq bağçalarının təchizatı və təminatı məsələləri ilə məşğuldur. Nazirliyin nümayəndələri ölkədəki 1600-dən artıq uşaq bağçasında olub, ilkin məlumatları toplayıblar.
Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir deyib: “Uşaq bağçaları ilə bağlı proses daha çox diaqnostik mərhələdədir. İlkin məqsədimiz bağçaların fəaliyyətinin öyrənilməsi, orada əsasən tədris və təhsil, o cümlədən uşaqların qidalanması ilə bağlı təchizat və təminat məsələlərinə dair məlumatları toplamaqdır. Burada vahid məlumat bazası olmadığı üçün proses ləngiyir”.
Tehsil-press.az